Mənşəyi bilinməyən hepatit əsasən Avropa ölkələrində görünməkdədir

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) direktoru Andrea Ammon son həftələr artan hepatit halları ilə bağlı deyib...

1818631
Mənşəyi bilinməyən hepatit əsasən Avropa ölkələrində görünməkdədir

 

 İngiltərədə ortaya çıxan və qısa müddətdə 12 ölkədə görünən mənşəyi məlum olmayan hepatit virusunun aşkarlandığı uşaqların sayı 190-a yüksəlib.

  Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) direktoru Andrea Ammon son həftələr artan hepatit halları ilə bağlı deyib: “Mənşəyi bilinməyən hepatit virusuna yoluxan uşaqların sayı dünya üzrə 190-a yüksəlib ki, bunun 140-ı Avropa ölkələrindədir. Yoluxma halları bir-biri ilə əlaqəli deyil, yəni beynəlxalq səyahətlərdən qaynaqlanmır.

  Hepatit hallarının “Covid-19” və ya adenovirus ilə əlaqəsi olub-olmadığı aydınlaşdırılır.

  ECDC aprelin 28-də bu məsələ ilə bağlı risk qiymətləndirməsi hesabatını paylaşacaq.

  İlk dəfə 5 və 8 aprel tarixlərində İngiltərədə ortaya çıxan və aprelin 21-dən 11 ölkədə görünən hepatit virusu sonuncu dəfə ayın 26-da Yaponiyada bir uşaqda aşkarlanıb”.

  Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı aprelin 16-da verdiyi yazılı məlumatda İngiltərədə 74 uşaqda mənşəyi bilinməyən hepatit virusu aşkar edildyini açıqlamışdı. Aprelin 25-ində verilən məlumatda isə virusun 11 ölkəyə yayıldığı və ən azı 169 yoluxma halı qeyd olunduğu bildirilib.



Әlaqәli Xәbәrlәr