Polşa və Baltikyanı ölkələrin dövlət başçıları Ukraynadadır

Səfərin məqsədi prezident Volodimir Zelenski ilə görüşmək və Ukraynaya dəstəyi ifadə etməkdir

1811911
Polşa və Baltikyanı ölkələrin dövlət başçıları Ukraynadadır

 

  Polşa və Baltikyanı ölkələrin - Estoniya, Latviya və Litvanın dövlət başçıları Ukraynada səfərdədir. Bu barədə məlumatı Polşa Prezident Administrasiyası yayıb.

  Bildirilib ki, Polşa prezidenti Andjey Duda həmkarları Litva prezidenti Gitanas Nauseda, Estoniya prezidenti Alar Karis və Latviya prezidenti Eqils Levits ilə aprelin 13-də Ukraynaya yola düşüblər və paytaxt Kiyevdədirlər.

  Səfərin məqsədi prezident Volodimir Zelenski ilə görüşmək və Ukraynaya dəstəyi ifadə etməkdir.

  Polşa Prezident Administrasiyasından həmçinin bildirilib ki, səfərin təşkilatçısı Polşa tərəfidir.

  Nümayəndə heyəti paytaxt Varşavadan yola düşüb və Ukrayna ilə birlikdə bu səfərin logistika və təhlükəsizlik məsələləri təmin olunur.



Әlaqәli Xәbәrlәr