ABŞ-ın Florida ştatında fövqəladə vəziyyət elan edilib

Kubada güçlü yağışlara səbəb olan tropik (Elza) fırtınasının ABŞ-ın Florida ştatı istiqamətində irəliləyəcəyi ehtimalına qarşı Bölgədə elan olunan fövqəladə vəziyyətin əhatə dairəsi genişlədilib.

1670651
ABŞ-ın Florida ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ Milli Qasırğa Mərkəzi (NHC), Elza fırtınasının bu gün Florida Keys və Dry Tortugasdan aşağıya irəliləyəcəyini, sabah Florida ştatının qərb sahillərindən keçəcəyini bildirib.

Florida valisi Ron DeSantis həmin təxminlərdən sonra fövqəladə vəziyyətin əhatə dairəsinin genişləndirilməsi qərarına gəlib.

Kuba hökuməti isə fırtınanın daşqına səbəb olacağı gözlənilən yaşayış məntəqələrindən 180 min insanı təxliyyə edib. Saatda 100 kilometr sürətlə irəliləyən fırtına, Karib dənizindəki Kiçik Antill adaları başda olmaqla Haiti və Dominik Respublikasının ətrafındakı ərazilərdə fəsad yaranmasına səbəb olub.

 



Әlaqәli Xәbәrlәr