Antonio Quteres M. Akıncı və N. Anastasiadisi Nyu-Yorka dəvət edib

Birləşmiş Millətlər Təşkilatının  baş katibi  Antonio Quteres  Şimali Kıbrıs  Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı ilə Rum icmasının lideri  Nikos Anastasiadisi Nyu-Yorka dəvət edib.

743354

Mәlumata görә, Mustafa Akıncı görüşә qatılacağını bildirib. Rum icmasının lideri Nikos Anastasiadisin dә  müsbәt cavab verәcәyi tәqdirdә iki lider iyunun 4-dә A.Quteresin  ev sahibliyindә bir araya gәlәcәk.

Qeyd edәk ki, Rum icmasının lideri Nikos Anastasiadisin Cenevrə prosesinin davam etmәsi üçün ‘‘ön şərt’’  irəli sürməsi ilə Kıbrıs müzakirələri tәxirә salınmışdı.

BMT-nin  baş katibinin Kıbrıs  üzrә xüsusi müşaviri Espen Bart Eide sәy göstәrsә dә  müzakirələrin davam etmәsini tәmin edә bilmәmişdi.

Әlaqәli Xәbәrlәr