Tailandda fövqәladә vәziyyәt

Tailandda ordu fövqәladә vәziyyәt elan edib.

69946
Tailandda fövqәladә vәziyyәt

Tailandda, hökumәt vә müxalifәt arasında 4 aydır davam edәn gәrginlikdən sonra ordu ölkәdә “fövqәladә vәziyyәt” elan etdiyini açıqlayıb.
Sәlahiyyәtləri artırılan ordunun “qanun vә nizamın qorunması” üçün bu qәrarı qәbul etdiklәri, bunun bir çevriliş olmadığı bildirilib.
Ordu bu qәrarı 28 nәfәrin öldüyü vә yüzlәrlә insanın yaralandığı, bir neçә aydır davam edәn hökumәt әleyhinә aksiyaların ardından ölkәdә sabitliyin yaranması sәbәbi ilә qәbul etdiyini açıqlayıb.
Xatırladaq ki, Tailandda hökumәt vә müxalifәt arasında siyasi böhran sәbәbindәn keçәn ay baş nazir Yingluck Şinavatra vә 9 nazir mәhkәmә qәrarı ilә vәzifәdәn uzaqlaşdırılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr