Kramatorsk vә Slavyansk şәhәrlәrindә әmәliyyat

Ukraynanın şәrqindә hökumәt әsgәrlәri Kramatorsk vә Slavyansk şәhәrlәrindә әmәliyyat hәyata keçirib.

69909
Kramatorsk vә Slavyansk şәhәrlәrindә әmәliyyat

Vәziyyәtin gәrgin olaraq qaldığı Ukraynanın şәrqindә hökumәt әsgәrlәri Kramatorsk vә Slavyansk şәhәrlәrindә әmәliyyat hәyata keçirib.
Kramatorskun girişindә Rusiya yönümlülәrә aid barikadaları tәmizlәyәn vә şәhәri mühasirәdә saxlayan Ukrayna ordusu Slavyanskda isə şiddәtli toqquşmalardan sonra geri çәkilib.
Slavyanskda tәbii qaz kәmәrinin partladılması nәticәsindә yanğın baş verib.
Donetskdә isә şәhәrә tamamilә Rusiya yönümlülәr nәzarәt edir.
Şәhәrdәki Ruslar mayın 25-də keçirilәcәk prezident seçkilәrini boykot edәcәklәrini açıqlayıblar.
Prosesi narahatlıqla izlәyәn Ukrayna mәnşәli vәtәndaşlar isә şәhәri tәrk etmәyә hazırlaşır.
Digәr tәrәfdәn, Kreml prezident Vladimir Putinin Ukrayna sәrhәddindәki tәlimlәrdә iştirak edən hәrbi dәstәlәrin dislokasiya yerlərinə qayıtmaları üçün göstəriş verdiyini açıqlayıb.
NATO Baş katibi Rasmussen vә ABŞ Müdafiә Nazirliyi isә bunla bağlı hәr hansı addımın atılmadığını bildirib.
Bu arada, Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranını Şanxayda BMT-nin baş katibi ilә müzakirә edәcәk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr