Somada həyatını itirənlərin xatirəsi yad edilir

İngiltərə Kraliçası 2-ci Yelizaveta rəsmi intenet saytında dövlәt başçısı Abdullah Gülə başsağlığı verib.

68689
Somada həyatını itirənlərin xatirəsi yad edilir

İngiltərə Kraliçası 2-ci Yelizaveta rəsmi intenet saytında dövlәt başçısı Abdullah Gülə başsağlığı verib.

Səhifədə Türkiyə bayrağı yerləşdirilib, Kraliçanın Somadalı faciədən təəssüfləndiyi bildirilib. Paytaxt Londonda ilk dəfə keçiriləcək Türk Günü tədbirləri təxirə salınıb. Parlament binası qarşısında isə anma mərasimi keçirilib.

ABŞ-ın paytaxtı Vaşinqtonda da Ağ Evin qarşısında Soma faciəsinin qurbanları yad edilib. Mərasimdə şamlar yandırlıb, ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Nyu-Yorkda ənənəvi keçirilən Türk Günü və festival yürüşü çərçivəsində təşkil edilən bayraq ucaldılması mərasimi bu il Somada həyatını itirənlərin xatirəsinə həsr olunub. Türkiyə və ABŞ bayraqları qaldırıldıqdan sonra yarıya qədər endirilib.

Almaniyanın mədən şəhəri olan Hammda da Somada ölənlərin xatirəsi anılıb. Türklərlə birlikdə almanların da qatıldığı mərasimdə şamlar yandırılıb.

Suriyadakı türkmənlər isə cəbhədə qıldıqları qiyabi cənazə namazından sonra mədən şəhidləri üçün dua ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr