33 milyon qaçqın vəziyyətində yaşayır

qaçqın vəziyyətinə düşənlərin sayı ötən il 8 milyon 200 min artaraq 33 milyonu ötüb.

132619
33 milyon qaçqın vəziyyətində yaşayır

Dünyada vətəndaş müharibəsi səbəbindən qaçqın vəziyyətinə düşənlərin sayı ötən il 8 milyon 200 min artaraq 33 milyonu ötüb. Bu məlumat BMT Ali Komissarlığı və Norveç Qaçqın Komitəsinin birlikdə hazırladığı hesabatda yer alıb. Hesabatda qeyd olunub ki, qaçqın böhranı 1990-cı illərdən bəri ən ciddi nöqtəyə çatıb. Vətəndaş müharibəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalanlar arasında ilk yeri suriyalılar tutur. Bu ölkədə ötən il evlərini itirənlərin sayı 3 milyon təşkil edib. 58 ölkə arasında aparılan araşdırmalarda ölkə daxilində məcburi yerdəyişmənin əsasən Suriya, Kolumbiya, Nigeriya, Konqo Demokratik Respublikası və Sudanda baş verdiyi bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr