“Qərb ölkələri genişmiqyaslı hərbi münaqişənin mümkün sayır”, S.Narışkin

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) başçısı Sergey Narışkin bildirib ki ...

2139944
“Qərb ölkələri genişmiqyaslı hərbi münaqişənin mümkün sayır”, S.Narışkin

 

  Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) başçısı Sergey Narışkin bildirib ki, Qərb ölkələri genişmiqyaslı hərbi münaqişənin mümkünlüyünü istisna etmir.

  Prezident Vladimir Putin tərəfindən yenidən bu vəzifəyə qoyulan S.Narışkin parlamentin yuxarı palatası olan Federasiya Şurasında namizədliyinin müzakirə edildiyi iclasda senatorlar qarşısında çıxış edərək deyib: “Bir sıra Qərb siyasətçiləri hegemonluqlarını qorumaq üçün genişmiqyaslı hərbi qarşıdurmaya başlamağı mümkün saydıqları barədə məlumata malikik. Amma Qərbdə bunun qarşısını ala biləcək məsuliyyətli siyasətçilər də var.

  Əgər Qərb bloku genişmiqyaslı münaqişənin özü üçün faydalı və "məqbul dərəcədə təhlükəsiz" olduğunu düşünürsə, bunun baş verə biləcəyinə inanmaq üçün "möhkəm əsasları" var. Ancaq genişmiqyaslı münaqişəni qeyri-mümkün edə biləcək həm qlobal, həm də regional aktyorlar da var.

  SVR tərəfdaş kəşfiyyat xidmətləri ilə dünyada baş verən prosesləri yaxından izləyir”.



Әlaqәli Xәbәrlәr