İraqda terror aktı, ölən və yaralananlar var

Terror tәşkilatı DEAŞ-ın İraqda törәtdiyi hücum nәticәsindә biri polkovnik olmaqla 5 əsgər həyatını itirib.

2139155
İraqda terror aktı, ölən və yaralananlar var

Terror tәşkilatı DEAŞ-ın İraqda törәtdiyi hücum nәticәsindә biri polkovnik olmaqla 5 əsgər həyatını itirib.
İraq Müdafiə Nazirliyindən verilən bəyanatda bildirilib ki, Səlahəddin şəhərindəki hərbi məntəqəyə terror hücumu təşkil edilib.
Bəyanatda hücum nəticəsində biri polkovnik olmaqla çox sayda əsgərin həyatını itirdiyi bildirilsә dә, həlak olan əsgərlərin dəqiq sayı ilə bağlı məlumat verilməyib.
Yerli televiziya kanalına müsahibə verən təhlükəsizlik mənbələri terror aktının terror tәşkilatı DEAŞ tәrәfindәn törәdildiyini vә hücum nəticəsində polkovnik Xalid Naci Visak da daxil olmaqla beş əsgərin həlak olduğunu bildirib. Hәmin mәnbә hücum zamanı yaralanan hәrbçilәrin dә olduğunu qeyd edib.


Etiketlәr: #hücum , #DEAŞ , #İraq

Әlaqәli Xәbәrlәr