Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...

2136071
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək

 

  Rusiya Müdafiə Nazirliyi ordunun nüvə silahından istifadə ilə bağlı təlimlər keçirəcəyini açıqlayıb.

  Nazirlikdən verilən açıqlamada bildirilib ki, ölkə prezidenti Vladimir Putinin göstərişi ilə strateji olmayan nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təlim keçiriləcək.

  “Hərbi məşqlər bir sıra Qərb rəsmilərinin təhdid və təxribat xarakterli bəyanatlarına cavab olaraq, Rusiya nüvə qüvvələrinin hazırlıq qabiliyyətini artırmaq, ölkənin ərazi bütövlüyü və suverenliyini qorumaq məqsədilə həyata keçiriləcək", - deyə məlumatda bildirilir.

  Təlimdə Cənub Hərbi Bölgəsinin raket, hava və dəniz birləşmələri iştirak edəcək.

  Hərbi manevrlərin tarixi haqqında məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr