Rusiyaya məxsus döyüş təyyarələri İdlibə hava zərbəsi endirib
Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsində həyata keçirdiyi hava hücumunda 1 mülki vətəndaş ölüb, 5 mülki şəxs yaralanıb.
2109189
Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın İdlib Gərginliyi Azaltma Bölgəsində həyata keçirdiyi hava hücumunda 1 mülki vətəndaş ölüb, 5 mülki şəxs yaralanıb.
Müxalifətə məxsus təyyarə rəsədxanasından alınan məlumata görə, yerli vaxtla saat 10.02-də Latakiyadakı Hmeymim hava bazasından ardıcıl olaraq 2 Rusiya döyüş təyyarəsi havaya qalxaraq İdlib şəhər mərkəzinin qərbindəki dülgər sexinə 4 hava zərbəsi endirib.
Mülki Müdafiədən (Ağ Dəbilqəlilər) alınan məlumata görə, hücum nəticəsində 1 mülki şəxs ölüb, 5 mülki şəxs yaralanıb.
Yaralılar ətrafdakı xəstəxanaya çatdırılıb.
Әlaqәli Xәbәrlәr
“Qərb ölkələri genişmiqyaslı hərbi münaqişənin mümkün sayır”, S.Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) başçısı Sergey Narışkin bildirib ki ...