Rusiya MN: "Ukrayna Krım yarımadasına idarə olunan raketlərlə hücum etdi"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Krım yarımadasına idarə olunan raketlərlə hücum etdiyini bildirib.

2084457
Rusiya MN: "Ukrayna Krım yarımadasına idarə olunan raketlərlə hücum etdi"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Krım yarımadasına idarə olunan raketlərlə hücum etdiyini bildirib.

Nazirlikdən verilən açıqlamada “Yanvarın 4-də Moskva vaxtı ilə saat 17:20 radələrində Kiyev rejiminin Rusiya ərazisindəki hədəflərə aviasiyadan idarə olunan raketlərdən istifadə etməklə terror hücumu həyata keçirmək cəhdinin qarşısı alınıb” deyilib.

Açıqlamada Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Krım yarımadası üzərində Ukraynaya məxsus 10 raketi məhv etdiyi qeyd edilib.

Xatırladaq ki, 2022-ci ilin fevralında Ukrayna ilə müharibəyə başlayan Rusiya 2014-cü ildə Krımı qeyri-qanuni ilhaq edib.



Әlaqәli Xәbәrlәr