Şoyqu: "Qərb Ukrayna müharibəsini Asiya-Sakit okean regionuna yaymaq istəyir"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qərb Ukrayna müharibəsini Asiya-Sakit okean regionuna yaymaq istəyir.

2057749
Şoyqu: "Qərb Ukrayna müharibəsini Asiya-Sakit okean regionuna yaymaq istəyir"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qərb Ukrayna müharibəsini Asiya-Sakit okean regionuna yaymaq istəyir.

Çinin paytaxtı Pekində 10-cu Syanşan Təhlükəsizlik Forumu keçirilib.

Forumda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərbə reaksiya göstərib.

Qərbi “Ukrayna müharibəsini Asiya-Sakit Okean regionuna yaymaqda” ittiham edən nazir NATO-nun bölgədə təşkil etdiyi hərbi təlimlərin sıxlığının və həcminin artdığını bəyan edib.

Şoyqu bildirib ki, Qərb Asiya-Sakit okean regionunda silahlanma yarışındadır.

Şoyqu həmçinin qeyd edib ki, ABŞ Çin və Rusiyanın qarşısını almaq üçün Yaponiya və Cənubi Koreya ilə raket buraxılışları ilə bağlı məlumat paylaşıb.

Nazir iddia edib ki, Vaşinqton iqlim böhranı və təbii fəlakətlərdən humanitar müdaxilə üçün bəhanə kimi istifadə edir.



Әlaqәli Xәbәrlәr