Rusiya Ukraynanın S-200 raketləri ilə hücum etməyə cəhd etdiyini bildirib

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Krım, Rostov və Kaluqa bölgələrinə istiqamətli  S-200 raketləri ilə hücum etməyə cəhd etdiyini bildirib.

2009223

Nazirlikdən verilən açıqlamada Rusiya Aerokosmik Komandanlığının Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova verdiyi hesabatda Ukraynaya məxsus 4 ballistik raketin məhv edildiyi bildirilib.

Ukraynanın dünən S-200 raketləri ilə Krım, Rostov və Kaluqa bölgələrindəki hədəfləri vurmağa cəhd etdiyi, Rusiya hava hücumundan müdafiə sistemlərinin isə bu hücum cəhdinin qarşısını aldığı qeyd edilib.
Açıqlamada “Hava hücumundan müdafiə raket sistemləri ilə daha 2 ədəd S-200 raketi, elektron döyüş sistemləri ilə oxşar raketlər məhv edilib. İnsan tələfatı və dağıntı olmayıb” ifadəsi işlədilib.

Açıqlamada qeyd olunub ki, Gerasimov yaxın zamanda hava zərbələrinə qarşı müdafiənin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsinə göstəriş verib.

Әlaqәli Xәbәrlәr