Beynəlxalq Əfv Təşkilatı İsrailə sərt reaksiya verib

Beynəlxalq Əfv Təşkilatı Fələstinli məhbus Hıdır Adnanın ölümünün İsrailin məhbuslara qarşı sərt rəftarının göstəricisi olduğunu bildirib.

1982890
Beynəlxalq Əfv Təşkilatı  İsrailə sərt reaksiya verib

Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) İsrail həbsxanasında həyatını itirən Fələstinli məhbus Hıdır Adnanla bağlı bəyanat yayıb.

“Hıdır Adnanın ölümü İsrailin fələstinli məhbuslara qarşı sərt rəftarının göstəricisidir. Adnan İsrailin sistematik əsassız həbslərinə və fələstinlilərə qarşı sərt rəftarına etiraz məqsədi ilə aclıq aksiyası keçirdi. İddiaların əksinə mərhumun zorakılıqda iştirakına dair heç bir ittiham yoxdur. İsrail hökuməti Adnanın cəsədini ən qısa zamanda ailəsinə təhvil verməlidir”.

Xatırladaq ki, İsrail həbsxanasında 87 gündür aclıq aksiyası keçirən fələstinli məhbus Hıdır Adnan həyatını itirib.



Әlaqәli Xәbәrlәr