Ukrayna ordusu Baxmutda Rusiyanın hücumlarına müqavimət göstərir

Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin 4 raket və 24 hava hücumu təşkil etdiyini açıqlayıb.

1963275
Ukrayna ordusu Baxmutda Rusiyanın hücumlarına müqavimət göstərir

Rusiyanın Ukraynanın paytaxtı Kiyev bölgəsinin Rjişçiv şəhərinə təşkil etdiyi hücumlarda 3 dinc sakin həyatını itirib, 2 nəfər isə yaralanıb.

Ukrayna Fövqəladə Hallar Xidmətinin (DSNS) "Telegram" hesabından verilən yazılı açıqlamada Rusiya qüvvələrinin Kiyev bölgəsindəki Rjişçiv şəhərinə hücum etdiyi bildirilib.

Səhər saatlarında baş verən hücumda 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı barədə məlumatların yer aldığı açıqlamada dağıntılar altında 4 mülki şəxsin qaldığı qeyd edilib.

Açıqlamada hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi, hücumlar nəticəsində 2 yaşayış evinin və bir orta məktəb binasının qismən dağıldığı bildirilib.

Ukrayna mətbuatında yer alan xəbərlərdə hücumun pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirildiyi iddia edilib.

"Rusiya bu gecə 20-dən çox İran mənşəli pilotsuz uçuş aparatı (PUA) və raketlərlə Ukraynaya hücum edib".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından etdiyi paylaşımda deyib.

Zelenski "Bu, sadəcə olaraq, Ukraynaya qarşı bir gecədə törədilmiş terror aktıdır. Nə zaman Moskvada kimsə "sülh" sözünü eşitməyə çalışsa, orada bu tip cinayətkar hücuma başlamaq əmri verilir. Ukrayna qüvvələrinin quruda, havada və dənizdə uğurları sülhü yaxınlaşdırır” ifadələrindən istifadə edib.

Rusiyaya qarşı sanksiyalara əməl edilməli olduğunu və bunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsini gücləndirdiyini vurğulayan Zelenski “Qlobal birlik qlobal sabitliyi bərpa edə bilər” deyib.

Ukrayna ordusu isə Baxmutda Rusiyanın hücumlarına müqavimət göstərir.

Ukrayna Baş Qərargahı Rusiya qüvvələrinin 4 raket və 24 hava hücumu təşkil etdiyini açıqlayıb.

Rusiya qüvvələrinin mühüm səviyyədə silah və hərbi güc itkisinə baxmayaraq, bölgəni ələ keçirmək cəhdlərindən əl çəkmədiyi bildirilib.

Qeyd edək ki, İngiltərə Ukraynaya tərkibində zəiflədilmiş uran olan zirehdələn döyüş sursatları verəcək.

Mərmilərin müasir tankların və zirehli texnikanın məhv edilməsində son dərəcə effektiv olduğu bildirilib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Londonun bu addımına reaksiya verib.

Lavrov bildirib ki, bu cür hərəkətlər bütün dünyada strateji sabitliyi pozur.

Amerika Birləşmiş Ştatları (ABŞ) köhnə tankların gövdələrini yeniləyib Ukraynaya verəcək.

ABŞ Müdafiə Nazirliyi Pentaqonun verdiyi açıqlamada, tank tədarükünü sürətləndirmək üçün Ukrayna ordusuna yeni "Abrams" tanklarının əvəzinə köhnə tankların veriləcəyi bildirilib.

Ukrayna Beynəlxalq Valyuta Fondu (BVF) ilə 15 milyard 600 milyon dollarlıq maliyyə paketi ilə bağlı razılığa gəlib.



Әlaqәli Xәbәrlәr