Qərbi Azərbaycanda zəlzələ oldu: ölən və yaralanan var

Fövqəladə Hallar idarəsinin saytında yer alan məlumata görə...

1939077
Qərbi Azərbaycanda zəlzələ oldu: ölən və yaralanan var

 

  İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 28 yanvar axşamı baş verən 5,8 bal gücündə zəlzələdə ilkin təsbitlərə görə, 2 nəfər həyatını itirib, 664 nəfər yaralanıb.

  Qərbi Azərbaycanın valisi Muhammed Sadik Mutedediyan yaralılardan 16-nın Səlmas, 20-nin Xoy xəstəxanalarına aparıldığını, 6 nəfərin isə əməliyyat olunduğunu bildirib.

  M.S.Mutmediyan zəlzələ nəticəsində 70-ə yaxın kəndin zərər gördüyünü söyləyib.

  Fövqəladə Hallar idarəsinin saytında yer alan məlumata görə, Xoy şəhərində 5,8 bal gücündəki zəlzələ 6,49 kilometr dərinlikdə baş verib.

  Zəlzələ ilə əlaqədar Xoy və Çaypare şəhərlərində məktəblər bağlanıb.



Әlaqәli Xәbәrlәr