İranın hərbi müəssisəsinə PUA-larla hücum oldu, partlayış baş verdi

ran Müdafiə Nazirliyindən verilən məlumatda yazılır...

1939154
İranın hərbi müəssisəsinə PUA-larla hücum oldu, partlayış baş verdi

 

  İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində partlayış baş verib.

  İran dövlət televiziyası İsfahandakı hərbi obyektdə güclü partlayış səsinin eşidildiyini bildirib. Partlayışın Müdafiə Nazirliyinə məxsus sursat istehsalı müəssisəsində baş verdiyi söylənilib.

  İsfahan valiliyi partlayışı təsdiqləyib, itkilərin olmadığını açıqlayıb.

  İran Müdafiə Nazirliyindən verilən məlumatda yazılır: “Nazirliyin tabeliyindəki istehsalat obyektlərindən birinə mikro pilotsuz uçuş aparatlarından istifadə etməklə uğursuz hücum edilib. Müdafiə tədbirləri ilə PUA-lardan biri obyektin hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə müdafiə tələlərinə düşüb və partlayıb. Hücum nəticəsində insan itkisi olmayıb, lakin obyektin damına cüzi ziyan dəyib”.



Әlaqәli Xәbәrlәr