İranda media işçiləri həbs edilir

“İran İnternational” televiziya kanalının İrandakı nümayəndələrindən biri həbs edilib.

1911808
İranda media işçiləri həbs edilir

TRT-nin İranın yarı rəsmi xəbər agentliyi "Tesnim"ə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) mətbuat xidməti öz açıqlamasında bildirib.

Qeyd edilib ki, İran Təhlükəsizlik Nazirliyinin əməkdaşları İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində "İran İnternational" telekanalının şəbəkə rəhbərini həbs etmək üçün əməliyyat keçirib. O, şəhərdə baş verən etirazlardan sonra həbs edilib. Həbs olunan şəxsin kimliyi ilə bağlı açıqlama verilməyib.

 



Әlaqәli Xәbәrlәr