“… Buna görə İran hökumətinə güvənmirik”, V.Zelenski

Kanada jurnalistlərinə gündəmlə bağlı açıqlamalar verən V.Zelenski deyib...

1896388
“… Buna görə İran hökumətinə güvənmirik”, V.Zelenski

 

  Ukrayna prezidenti Volodimir Zelenski İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verdiyini söyləyib və rəsmi Tehran hökumətinə etibar etmədiyini bildirib.

  Kanada jurnalistlərinə gündəmlə bağlı açıqlamalar verən V.Zelenski deyib: “Rusiya son vaxtlar İrandan aldığı kamikadze tipli PUA-larla Ukraynanın şəhərlərinə hücumlar edir. Ona görə İran rəhbərliyinə güvənmirik. Bunu deyərkən mən İran xalqını nəzərdə tutmuram, hökumətindən danışıram.

  2020-ci ildə İranda Ukraynaya məxsus sərnişin təyyarəsi vuruldu. Hadisədən sonra İran hökuməti bunu əvvəlcə təkzib, sonra qəbul etdi.”

  Rusiya ilə danışıqların bərpasının mümkünlüyü ilə bağlı sualı Ukrayna prezidenti belə cavablandırıb: "Danışıqlar üçün əvvəlcə torpaqlarımızı geri verməli, 1991-ci ildə beynəlxalq səviyyədə tanınan sərhədlərə qayıtmalıdırlar. Onda biz kimlə hansı formatda danışıqlar aparmaq istədiyimizi deyəcəyik.

  Rusiya Ukraynanın enerji sistemini vurur, insanları işıqsız qoyur, silahlıları sadə vətəndaşlarımızı hədəfə alır”.

  Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr