İran ABŞ hava bazasına atdığı balistik mərmi modellərini sərgilədi

İran İraqın Ənbar vilayətində Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçilərinin olduğu Ayn əl-Əsəd hava bazasına atdığı balistik mərmi modellərini paytaxt Tehranda sərgiləyir

1759173
İran ABŞ hava bazasına atdığı balistik mərmi modellərini sərgilədi

 

  İran İraqın Ənbar vilayətində Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçilərinin olduğu Ayn əl-Əsəd hava bazasına atdığı balistik mərmi modellərini paytaxt Tehranda sərgiləyir.

  3 yanvar 2020-ci ildə ABŞ tərəfindən Bağdad Havalımanında öldürülən İnqilab Mühafizləri Qüds Qüvvələri komandiri Kasım Süleymaninin intiqamını almaq üçün İran 8 yanvarda Amerikanın İraqdakı Ayn əl-Əsəd hava bazasını onlarla mərmi ilə vurmuşdu.

  Hücumun 2-ci ilində ABŞ bazasına atılan 700 kilometr mənzilli “Zülfüqar Basir”, 800 kilometr mənzilli “Kıyam” və 1000 kilometr mənzilli “Dezful” balistik mərmiləri İranın paytaxtı Tehrandakı İmam Xumeyni kompleksində nümayişə çıxarılıb.

  Xatırladaq ki, İraqın o zamankı Baş naziri Adil Əbdülmehdinin dəvətilə İraqın paytaxtı Bağdada gedən Kasım Süleymanini aparan maşın 2020-ci il yanvarın 3-ü sübh vaxtı ABŞ ordusuna aid silahlı pilotsuz uçan aparatlarla atəşə tutulmuşdu. Hücumda K.Süleymanı və iranlı zabitlərlə yanaşı, “Haşdi Şabi” başçısının köməkçisi Əbu Mehdi el-Mühəndisinin də aralarında olduğu 5 iraqlı, ümumi isə 10 nəfər həyatını itirmişdi. 5 gün sonra – yanvarın 8-də İran İnqilab Mühafizləri Ordusu səhərə yaxın ABŞ-ın İraqın Ənbar vilayətində yerləşən Ayn əl-Əsəd hava bazasını balistik mərmilərlə atəşə tutdu. Bundan sonra 109 ABŞ əsgərinə "beyin travması zədəsi" diaqnozu qoyulmuşdu.



Әlaqәli Xәbәrlәr