Rusiyanın Berlindəki səfirliyinin iki diplomatı deportasiya edilir

Almaniya Rusiyanın Berlindəki səfirliyində kəşfiyyat işçisi olaraq çalışan iki diplomatı deportasiya etmək qərarına gəldi.

1317721
Rusiyanın Berlindəki səfirliyinin iki diplomatı deportasiya edilir

Almaniya Xarici İşlər Nazirliyindən yayılan açıqlamada Rus diplomatların Vyana Konvensiyasının 9-cu maddəsinə əsasən “istənməyə adam” elan edildiyinə diqqət çəkilib. Açıqlamada qərarın 23 Avqust tarixində Berlindəki Tiergarten parkda öldürülən Tornike K. cinayətinin aydınlaşdırılmasında Rus səlahiyyətlilərin əməkdaşlıq etmədikləri səbəbiylə qəbul edildiyi bildirilib.

Rusiyaya cinayətin aydınlaşdırılmasına yardım mövzusunda çağırış edilən açıqlamada Almaniya hökumətinin istintaq çərçivəsində daha fərqli addımlar atmaq hüququna sahib olduğu xatırladılıb.

Spiegel jurnalın xəbərinə görə İstənməyə adam elən edilən iki Rus diqlomad 7 gün ərzində Almaniyadan çıxmaq məcburiyyətindədir.

Rusiya Xarici İşlər Nazirliyi isə Almaniya hökumətinin iki diplomatın deportasiya edilməsinə dair qərarına lazımlı cavabın veriləcəyini bildirib.

Nazirliyin açıqlamasında: “Almaniyanın iki Rus diplomatını deportasiya qərarı qəbul edilməzdir. Buna cavab verməliyik”- deyə nazirlik açıqlamasında bildirib.

Digər tərəfdən Alman Federal Prokurorluğu həm Rusiya həm də Gürcüstan vətəndaşı olan Tornike K.-nın öldürüldüyü cinayət ilə bağlı istintaq başladıb.

Prokurorluq açıqlamasında  cinayǝtin Rusiya Federasiyası və ya Rusiya Federasiyasına  bağlı   Çeçenistan qurumlarının göstərişləri ilə törədildiyinǝ   dair  əlamətlər  olduğu  bildirilib. 

Qeyd edǝk ki, Tornike K.- ni  öldürmǝkdǝ ittiham edilǝn Rusiya vətəndaşı Vadim K.tutulub.Hadisǝ zamanı istifadǝ olunan silah isǝ ǝlǝ  keçirilib.



Әlaqәli Xәbәrlәr