Mixail Saakaşvili  azadlığa buraxılıb

Gürcüstanın  eks-prezidenti   və  Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin Peçerski Rayon Məhkəməsindəki  dindirilişindən  sonra   azadlığa  buraxılıb.

866634
Mixail Saakaşvili  azadlığa buraxılıb

 Saakaşvili  məhkəmədəki   ifadəsində  özünü saxlanılan şəxs yox, hərbi əsir hesab etdiyini  ifadə  edərək: Məni həbsxanaya göndərsələr, aclıq aksiyasını davam etdirəcəyəm.Mən qorxmuram. Prezidentin necə işlədiyini göstərmişəm və necə öldüyünü də göstərəcəyəm. Əgər onlar məni həbsxanaya qaytarsalar, sona qədər ac qalacağam. Hər kəs biləcək ki, bu qətli kim törədib. Məni öldürə bilərlər, amma Ukrayna xalqının azadlıq hissini heç vaxt öldürə bilməyəcəklər”, – deyə o bildirib.

 

 



Әlaqәli Xәbәrlәr