Taliban liderlərindən Mevlevi Abdul Salam öldürülüb

Əfqanıstanın şimalındakı Kunduz vilayətində həyata keçirilən hava hücumunda, terror təşkilatı Talibanın sözdə bölgə qubernatoru öldürülüb.

680710
Taliban liderlərindən Mevlevi Abdul Salam öldürülüb

Kunduzdaki 808-ci Spinzer Region Komandiri Şir Əziz Kamavalın məlumatına görə NATO qüvvələrinə məxsus pilotsuz uçuş aparatı, Kunduzun dəşti Arçi rayonuna bağlı Nəhr-i kohnə bölgəsindəki Taliban düşərgəsini bombalayıb. Avia hücum nəticəsində təşkilatın sözdə Kunduz icra hakimiyyəti başçısı Mevlevi Abdul Salam, onun qardaşı və daha 8 terrorist ölüb.

Kamavalın sözlərinə görə Kunduzun Buz Qəndəhari bölgəsində həyata keçirilən əməliyyatda isə 7 terrorçu məhv edilib.

Talibandan mövzu ilə əlaqəli hələlik açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr