Türkiyə NATO sammitində

NATO Xarici İşlər Nazirləri 2024-cü ilin ilk toplantısı üçün aprelin 3-də Belçikanın paytaxtı Brüsseldə toplaşdı

2124457
Türkiyə NATO sammitində

 

  Türkiyə NATO sammitində terrorla mübarizəni gündəmə gətirir.

  NATO Xarici İşlər Nazirləri 2024-cü ilin ilk toplantısı üçün aprelin 3-də Belçikanın paytaxtı Brüsseldə toplaşdı. 2 gün davam sürən iclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.

  Yığıncağın gündəliyinə ümumi çəkindirmə məsələləri, terrorizmlə mübarizə və Ukraynada baş verən proseslər daxildir.

  İsveç və Finlandiyanın üzvlükdən sonra alyansın son vəziyyəti və Vaşinqton Zirvəsinə hazırlıq da gündəlikdə duran məsələlərdəndir.

  İclasda türkiyəli nazir Hakan Fidan NATO-nun terrora qarşı birgə mübarizə aparmaq lazım gəldiyini, bunun alyansın vəzifələrindən biri olduğunu bəyan edəcək və bəzi NATO üzvlərinin separatçı terror təşkilatı PKK, YPG ilə tərəfdaşlıq münasibətlərinə girməsinin qəbuledilməz olduğunu bir daha vurğulayacaq.

  H.Fidan həmçinin müdafiə sənayesi sahəsində müttəfiqlərin bir-birinə qarşı sanksiyalar və məhdudiyyətlər tətbiq etməsinin ittifaqın ruhuna zidd olduğunu söyləyəcək və Türkiyənin Avropanın müdafiə və təhlükəsizliyini necə effektiv şəkildə təmin ediləcəyi ilə bağlı fikirlərini çatdıracaq.

 



Әlaqәli Xәbәrlәr