“Biz görürük ki, sular sakitləşmir və …” R.T.Ərdoğan

İstanbuldakı çıxışında Türkiyə prezidenti R.T.Ərdoğan deyib ...

2122500
“Biz görürük ki, sular sakitləşmir və …” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Biz od halqası ilə əhatə olunmuş çox çətin bir coğrafiyadayıq. Moskvadakı terror aktı bizə vəziyyətin nə qədər gərgin olduğunu göstərdi" dedi.

  İstanbuldakı çıxışında R.T.Ərdoğan bu sözləri söyləyib: "Türkiyə olaraq od halqası ilə əhatə olunmuş çox çətin bir coğrafiyadayıq. Qara dənizin o tayındakı müharibə iki ildən üçüncü ilə keçdi. Qonşumuz Suriya 13 ildən artıqdır ki, sülh və əmin-amanlığa qovuşa bilmir. Biz hamımız Qəzzada günahsız dinc sakinlərə qarşı törədilən soyqırımı göz yaşları ilə izləyirik. Moskvada baş verən amansız terror hadisəsi hamımıza vəziyyətin nə qədər gərgin olduğunu göstərdi. Biz görürük ki, sular sakitləşmir, dünyamız çox çətin günlərə hamilə qalıb”.  

  Türkiyə prezidenti “Gənclik sevgisi ilə yenidən İstanbul” proqramında da çıxış edərək gənclərə “Türkiyə əsri” yolunu ərməğan etdiyini söyləyərək "Özümüzü artıq sizin zəmanənin qonağı kimi görürük. Mən gəncləri çox sevirəm, hələ gəncəm və görürəm ki, gənclərə olan məhəbbət aramızdakı iltibatı daha da gücləndirir".



Әlaqәli Xәbәrlәr