İsrail ordusu Rəfah şəhərinə qarşı da hücuma keçib

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qarşı martın 18-i axşam radələrində hücuma keçib.

2117367
İsrail ordusu Rəfah şəhərinə qarşı da hücuma keçib

Fələstin İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qarşı martın 18-i axşam radələrində hücuma keçdiyini, aralarında uşaq və qadınların da olduğu 14 fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Fələstin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada “Fələstin Xarici İşlər Nazirliyi Qəzza zolağının şimalından və mərkəzindən milyonlarla köçkünün yaşadığı şəhərin işğal olunmaması ilə bağlı beynəlxalq xəbərdarlıqlara məhəl qoymayaraq, İsrailin Rəfah şəhərinə qarşı qanlı hava hücumlarını və sistemli dağıdıcı əməliyyatlarını qətiyyətlə pisləyir” deyilib.

Açıqlamada İsrailin martın 18-i (bazar ertəsi) axşam saatlarından etibarən İsrailin Rəfaha dağıdıcı hava hücumu təşkil etdiyi və çoxlu sayda fələstinlinin həyatını itirdiyinə diqqət çəkilərək, “İsrail Rəfah şəhərinə qarşı hücuma keçdi və beynəlxalq reaksiyalardan imtina etmək üçün bunu elan etmədi və heç kimdən icazə gözləmədi” deyilib.

Açıqlamaya görə, İsrail döyüş təyyarələrinin martın 18-i gecə radələrində Rəfah şəhərinin müxtəlif bölgələrinə endirdiyi hava zərbələrində aralarında uşaq və qadınların da olduğu 14 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli isə yaralanıb.

Qeyd edək ki, martın 15-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada Rəfah şəhərinin cənubuna mümkün hərbi əməliyyat planının təsdiq edildiyi açıqlanıb.

Digər tərəfdən, İsrail ordusunun 7 oktyabrdan etibarən Qəzza zolağına yardımların çatmasına mane olaraq aclığa səbəb olduğu Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda can itkisi son 24 saatda 93 nəfər artaraq 31 min 819 nəfərə çatıb.



Әlaqәli Xәbәrlәr