Bu gün Bağdadda mühüm görüş keçiriləcək

Hakan Fidan, Yaşar Gülər ​​və İbrahim Kalın təhlükəsizlik yönümlü danışıqlar aparmaq üçün bu gün İraqın paytaxtı Bağdada gedib.

2115147
Bu gün Bağdadda mühüm görüş keçiriləcək

Xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın təhlükəsizlik yönümlü danışıqlar aparmaq üçün bu gün İraqın paytaxtı Bağdada gedib.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Hakan Fidan Türkiye ilə İraq arasında keçirilən təhlükəsizliklə bağlı görüşlərin İraqın xarici işlər naziri Fuad Hüseynin ev sahibliyi ilə təşkil ediləcək növbəti yığıncağında iştirak etmək üçün Bağdada gedəcək.

İraqa gedən heyətdə nazir Fidanla yanaşı, milli müdafiə naziri Yaşar Gülər, MİT-in rəhbəri Hakan Kalın və daxili işlər nazirinin müavini Münir Karaloğlu da olacaq.

Görüşdə terrorla mübarizə, təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri başda olmaqla gündəmdəki müxtəlif mövzuların hərtərəfli müzakirə ediləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr