"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir

Azərbaycan Türkiye, Tacikistan, Qazaxıstan və Özbəkistan müdafiə nazirlərini təltif edib.

2055171
"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir
Mustafa Kemal Ataturk-2023 Tatbikati-2.jpg
Mustafa Kemal Ataturk-2023 Tatbikati-1.jpg
Mustafa Kemal Ataturk-2023 Tatbikati.jpg

Türkiye Silahlı Qüvvələrinin və  Azərbaycan Ordusunun hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir. 

Təlim qərargahına gələn qonaqlar birgə taktiki təlimin ssenarisi və icra edilən fəaliyyətlər barədə məruzələri dinləyiblər.

Məruzə olunub ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkənin müxtəlif istiqamətlərində keçirilən Azərbaycan-Türkiye birgə taktiki təliminə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.

Əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək peşəkarlıqla icra olunur.

Sonra taktiki və əsas komanda məntəqələrinə gələn qonaqlar burada birgə taktiki təlimin gedişatında müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsini izləyiblər.

Təlim çərçivəsində Azərbaycan Türkiye, Tacikistan, Qazaxıstan və Özbəkistan müdafiə nazirlərini təltif edib.

"Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunması barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

Sonra general-polkovnik Zakir Həsənov medalları qonaqlara təqdim edib.

"Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi sabah başa çatacaq.



Әlaqәli Xәbәrlәr