Ersin Tatar: "Pile yolu çəkilərkən BMT Sülh Gücünün ortaya qoyduğu mövqe qəbuledilməzdir"

Şimali (Kıbrıs) Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatar Pile-Yiğitler Yolu Layihəsinin humanitar layihə olduğunu və zərurətdən yarandığını bildirib.

2030331
Ersin Tatar: "Pile yolu çəkilərkən BMT Sülh Gücünün ortaya qoyduğu mövqe qəbuledilməzdir"
Ersin Tatar-Miroslav Jenca.jpg

Şimali (Kıbrıs) Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatar Pile-Yiğitler Yolu Layihəsinin humanitar layihə olduğunu və zərurətdən yarandığını bildirib.

Ersin Tatar müxtəlif görüşlər keçirmək üçün Kıbrısda olan Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin Avropa, Orta Asiya və Amerika üzrə müavini Miroslav Yençanı paytaxt Lefkoşadakı Prezident İqamətgahında qəbul edib.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında prezident Tatar Yençanın səfərinin Pile-Yiğitler Yolu Layihəsindən sonra BMT və ŞKTC arasında böhran dövrünə təsadüf etdiyini xatırladaraq, Yençana Pile-Yiğitler Yolu Layihəsinin humanitar bir layihə olduğunu və zərurətdən yarandığını, Pile sakinlərinin də bu istiqamətdə tələblərinin olduğunu çatdırıb.

Kıbrısda iki tərəfi bir-birindən ayıran BMT-nin nəzarətində olan Yaşıl Xətt üzərində rumların göstərdiyi fəaliyyətlərlə bağlı Yençaya məlumat verdiklərini qeyd edən Tatar deyib:

“Cənubi Kıbrısın Aya Napa ilə Larnaka yolu başda olmaqla bufer zonada çəkdiyi yollar, universitet binası, başqa bir bölgədə AVM tikintisi və 12 km uzunluqdakı məftilə BMT-nin müdaxilə etməməsini, son əldə etdiyimiz məlumata görə bufer zonaya yaxın yerlərdə 300 hərbi qulluqçunun yerləşdirildiyini, BMT Sülhməramlı Qüvvələrinin mövqeyinin qəbuledilməz olduğunu bildirdim. BMT-nin xoşməramlı missiyası çərçivəsində hər iki tərəfə eyni və bərabər məsafədə yaxınlaşmaq missiyasına baxmayaraq Pile yolunun başlaması zamanı BMT Sülh Gücünün mövqeyinin qəbuledilməz olduğunu Yençaya çatdırdım. BMT Təhlükəsizlik Şurasının Pile yolu ilə bağlı son açıqlaması dezinformasiyanın nəticəsidir. Görüş zamanı Təhlükəsizlik Şurasına düzgün məlumat vermək sizin borcunuzdur deyə bildirdim.

Yença da Ersin Tatara BMT-nin baş katibinin Kıbrıs mövzusunda davam edən marağını çatdırdığını qeyd edərək, "Ümid edirik ki, gələcəkdə bütün xalqın xeyrinə olan sülh danışıqlarının yenidən başlanması üçün ortaq zəmin yaranacaq. Daha yaxşısını ümid edirik" deyib.

Qeyd edək ki, Kıbrısdakı görüşlərinə Rum İdarəsi tərəfində başlayan Yença Kıbrıs Rum Administrasiyasının lideri Nikos Christodoulidis ilə görüşüb.



Әlaqәli Xәbәrlәr