Edirnənin ev sahibliyində 3-cü Dünya Türk Formu

83346
Edirnənin ev sahibliyində 3-cü Dünya Türk Formu

Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə keçirilən III Dünya Türk Forumu Ədirnənin tarixi məkanlarından olanlar Trakya Universiteti Gözəl Sənətlər Fakültəsinin baxçasında baş tutub.
3 gün davam edən forumda "Türk dövlətləri; Mədəniyyət diplomatiyası və Turizm", "Türk və erməni diasporaları; Xalq diplomatiyası: Fürsətlər və risqlər" və digər mövzular ətrafında müzakirələr aparılıb.
III Dünya Türk Forumunda Azərbaycan tərəfindən millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı, Fərəc Quliyev, Diaspora İş Üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev, “Olaylar” agentliyi və qəzetinin rəhbəri Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin rəhbəri Elçin Mirzəbəyli, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Türkiyə kardinatoru Cavid Vəliyev, Azərbaycan İqtisad Universitetinin müəllimi Nazim Cəfərsoy, bir sıra alimlər, ziyalılar, Türkiyə millət vəkilləri, Türk dünyasından 60-a yaxın ölkədən millət vəkilləri, nazirlər, alimlər, dövlət adamları, diplomat, zilyalılar, jurnalistlər, qeyri-hokumət təşkilatları nümayəndələri iştirak edib.
III Dünya Türk Forumunun açılış mərasimində bütün iştirakçıları salamlayan TASAM başkanı Süleyman Şensoy 3-cü dəfə keçirilən Dünya Türk Forumunun əhəmiyyətini vurğulayıb. Forum iştirakçılarını Türkiyənin tarixi məkanlarından olan Ədirnədə salamlamaqdan məmnunluğunu ifadə edən Ədirnə valisi Hasan Duruer Ədirnə haqqında ətraflı məlumat verib və III Dünya Türk Forumunun burada keçirilməsinin əhəmiyyətinə toxunub.
III Dünya Türk Forumunun açılışı mərasiminin Azərbaycan üçün çox əlamətdar bir gündə - müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulmasının 96-cı ildönümü günündə keçirildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu günün Türkiyədə Türk dünyasından gəlmiş qardaş-bacılarımızla birgə qeyd etməyin xüsusi önəmini vurğuladı.
Forumun ilk günü olduqca maraqlı və dinamik keçdi. Açılış mərasimindən sonra ayrı-ayrı salonlarda iclaslar keçirilib.
"Mədəniyyət diplomatiyası; Yeni vasitələr və modellər" adlı paneldə Azərbaycan nümayəndə heyətindən millət vəkili Qənirə Paşayeva məruzəçi kimi çıxış etdi.
Eyni zamanda başqa bir zalda keçirilən panel isə Azərbaycandan millət vəkili, professor Musa Qasımlı, ABŞ-dan professor Castin Makkarti, doktor Kristofer Günn, Ermənistandan Gevoq Kaloşyan, Türkiyədən professor Kamal Çiçək və doktor Mehmet Perincekin məruzəçi olduqları “Osmanlıdan Türkiyə Cümhuriyyətinə türk – erməni əlaqələrinə tarixi baxış” adlı panel iclası keçirilib. Millət vəkili, professor Musa Qasımlı “Birinci Dünya müharibəsi illərində erməni silahlı dəstələrinin hazırlanması və fəaliyyətləri “(Rusiya arxiv materialları əsasında” mövzusunda maraqla qarşılanan təqdimatla çıxış edib. Çarizimin rəsmi sənədləri əsasında hazırlanmış məruzədə Azərbaycan tarixçisi ermənilərin özlərinin çəkdiyi və arxivlərdə saxlanılan foto-şəkillərlə və diplomatik sənədlərlə erməni silahlı dəstələrinin hazırlanmasını və qanlı fəaliyyətlərini sübut edən faktları gətirib və bildirib ki, tarixdə “erməni soyqırımı” deyilən bir şey olmayıb, əslində Birinci Dünya müharibəsi illərində erməni silahlı dəstələri Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında, Borçalıda və indiki Azərbaycan Respublikası ərazisində kütləvi soyıqırımı törədiblər. Soyqırımın zirvə nöqtəsi 1918-ci ilin mart ayında olub.
Forumun ikinci günü bir neçə panel keçirildi. "Üçüncü tərəflərin Türk-erməni problemi qarşısındakı mövqeləri: Səbəb və nəticə" mövzusunda keçirilən paneldə Azərbaycan nümayəndə heyətini təmsil edən dr. Hizami Cəfərsoy Rusiyanın erməni məsələsindəki rolundan söhbət açıb.
başqa bir panel isə "media və turizm" ilə bağlı idi. Bu paneldə Azərbaycan nümayəndə heyətini
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təmsil edib.
Elçinbəy İlk öncə forum boyu səsləndirilən "Azəri" sözünə etirazımı bildir və bunun Azərbaycan türklərini Türk Dünyasından ayırmaq üçün məqsədyönlü şəkildə düşünülmüş bir texnologiya olduğunu vurğulayıb. Elçinbəy Çıxışında Güney Azərbaycan türklərinin Urmu gölü ilə bağlı müraciətlərini də forum iştirakçılarına çatdırdı və türk mediasını bu problemə diqqət yetirməyə çağırdı.
forumun birinci günündə 11 nominasiyada “Qızıl alma mükafatı” da təqdim edildi.
Forumun sonuncu günü yekun sənəd layihəsi müzakirə edilərkən professor Musa Qasımlı “ Forum iştirakçıları Ermənistanın təcavüzünə son qoyulmasını, işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətrafındakı rayonlarından tamamilə və qeyd-şərtsiz çıxmasını, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsini, məcburi köçkünlərin doğma yerlərinə qayıtmalarını tələb etmişlər” təklifini verib və bu təklif qəbul edilib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr