Almaniya’da Müsəlman toplumu nigarandı

Almaniya’da yaranan axırıncı şovinist hücumlar və İŞİD ilə bağlı əhvalatlar Müsəlman toplumu nigaran edib

132724
Almaniya’da  Müsəlman toplumu nigarandı

Almaniya’da yaranan axırıncı şovinist hücumlar və İŞİD ilə bağlı əhvalatlar Müsəlman toplumu nigaran edib.
Almaniya Müsəlmanlar Koordinasiyası Şurası kin-küdurət və haqsızlıqlara qarşı təşkil olunan tədbirdə öz nigarançılığını büruzə verib. Bərlin’də Türklərin basırıq yaşadığı Kreuzberg səmtində yerləşən Mevlana camesində cümə namazından sonra tədbir təşkil olunub. Siyasət, din və qeyrihökumət təşkilatlarının nümayəndələrinin bir araya gəldiği tədbirdə çıxış edən müsəlmanlar kin-küdurət və haqsızlığa qarşı öz fikirlərini bəyan edib.
Diyanət İşləri İdarəsi Türk İslam Birliği qurumunun idarə heyətinin üzvü Bəkir Alboğa etdiği çıxışında, İŞİD’in yaratdığı zülmlərə toxunaraq onların Müsəlmanlıqla əlaqələrinin olmadığını söyləyib.
Almaniya’da 28 milyon üzvü olan Provaslav Kilsəsinin Sədri Dr. Nikolaus Schneider də xarici düşmənçiliğinə və nifrətə qarşı təşkil olunan tədbirdən öz məmnuniyyətini dilə gətirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr