Amerikan hərbi təyyarələri İŞİD’ə hücum çəkib

Amerikan hərbi təyyarələri İŞİD’ə hücum çəkməyə davam edir

114930
Amerikan hərbi təyyarələri İŞİD’ə hücum çəkib

Amerikan hərbi təyyarələri İŞİD’ə hücum çəkməyə davam edir.
Həyata keçirilən 3 hava hücumunda Musul dəryaçası yaxınlığındakı İŞİD hədəfləri vurularaq məhv edilib. Digər tərəfdən İŞİD terrorçularının, aralarında Musul’da yaşayan Şahbək Kürdləri və Türkmənlərdən ibarət 70 nəfəri edam etdiyi irəli sürülüb. Edam edilənlərin uzun müddətdir İŞİD'in’əlində olduğuna işarə edilib.
Digər tərəfdən Almaniya, İraq hökuməti və Qüzey İraq’dakı Kürd idarəsini İŞİD’lə mübarizədə dəstəkləmək üçün hərbi vasitələr yollamaq qərarına gəlib, onların ilk hissəsi də yola salınıb. Yollanan yardım vəsaitlərinin bu ay ərzində və üç mərhələdə bölgəyə çatdırılması planlanıb.
İraq’dakı şiddət hadisələri də dayanmaq bilmir ki bilmir.
Bağdad’ın şimalında yerləşən Kâzımiyyə məhəlləsində içine partladıcılar yerləşdirilmiş bir maşın partladılıb. Hadisədə 11 nəfər həlak olub. Şəhərdə yaranan ikinci hadisə bir polis postunda baş verib. Çəkilən bombalı hücumda 9 nəfər həlak olub.
Digər tərəfdən İraq’da hökuməti yaratmaq yolundakı fəaliyyətlər də axıra çatmaq üzrədir. Nazirlər şurasının üzvlərinin cüməertəsi günü açıqlanacağı bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr