Dünyanın nadir “Oruç Reis” gəmisi Şərqi Aralıq dənizində fəaliyyətə başlayır
Türkiyənin “Oruç Reis” gəmisinin seysmik iş icra sahəsində 23 avqusta qədər davam edəcək yeni “Navtex” elanı (dənizçilərə elan) edildi. Buna əsasən, “Oruç Reis” “Ataman” və “Cengiz Han” gəmilərilə birlikdə Şərqi Aralıq dənizinin Kipr sahillərində bundan əvvəl elan edilən bölgədə seysmik araşdırmalar aparacaq.
Qeyd edək ki, “Oruç Reis” seysmik gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda olmaqla, 2 və 3 ölçülü hər cür geoloji, geofizik, ağırlıq gücü, maqnetik, hidroqrafik və oşinoqrafik araşdırmalar aparır. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.
Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönmez “Oruç Reis” seysmik araşdırma gəmisinin yeni xidmətinə başlamaq üçün çıxdığı Antaliyadan artıq Şərqi Aralıq dənizinə çatdığını bildirib: “Türkiyənin enerji müstəqilliyi üçün Aralıq dənizi və Qaradənizdə işlər fasiləsiz olaraq davam edəcək”.