Böyük ağ bir gəmi

Sahil Təhlükəsizlik Komandirliyi, ölkələrindəki vətəndaş müharibəsindən qaçaraq ümidlərini başqa ölkələrdə axtaran qeyri-qanuni miqrantların Avropa səfərini izah edən "Böyük Ağ Bir Gəmi bizi xilas etdi " adlı qısa metrajlı film hazırlayıb.

Komandirlik, Egey dənizində qanunsuz miqrasiyanın qarşısının alınması məqsədi ilə həyata keçirdiyi əməliyyatları, Türk Silahlı Qüvvətlərinin rəsmi video paylaşma portalında gözlər önünə sərdi.

"Egeydə günəş şərqdən, ümidlər isə bəziləri üçün qərbdən doğur" cümləsi ilə başlayan videoda, qayığlarla Avropaya keçməyə çalışan qeyri-qanuni miqrantların xilas edildiyi anlar yer tutur.

Videoda immiqrant bir uşağın, " Böyük bir ağ gəmi gəlib bizi xilas etdi " sözləri eşidilir.













Etiketlәr: