Gaziantep şəhərindəki Roma qalası "Rumqala"

Gaziantep şəhəri yaxınlığında yerləşən roma dövrünə məxsus "Rumqala" sualtı turizmində önəmli mərkəz olma yolunda irəliləyir. "Rumqala" tarix boyunca müxtəlif mədəniyyətlərə ev sahibliyi edib və erkən xristianlıq üçün önəmli mərkəzə çevrilib. Qala hazırda üç tərəfi Birəcik gölü ilə əhatəli bir yarım adadır və Zeugma tarixi məntəqəsindən yaxud Xəlfətidən qayıqlarla gedilə bilir. Yarım adada su idmanları və yaxt turları ilə də maraqlanmaq mümkündür.

 


Etiketlәr: qala , Rumqala