41 dilli “Türkiyənin səsi” radiosundan TÜRKSOY-a təbrik

  TÜRKSOY-un 25 yaşını TRT-nin 41 dilli “Türkiyənin səsi” radiosunun türksoylu redaksiyaları təbrik etdi.

  Qazaxıstan redaksiyasından Ufuk Tuzman, Türkmən redaksiyasının rəhbəri Murat Toylu, Uyğur redaksiyasının əməkdaşı Adilcan Əruyğur, Qazaxıstan redaksiyasının rəhbəri Torgın Sezgin, Azərbaycan Türkcəsi redaksiyasının əməkdaşı Sevda Mirzə, Tatar redaksiyasının rəhbəri Sagit Hayri, Qırğızıstan redaksiyasının əməkdaşı Gülayim Temiraliyeva və onların çıxışlarını ipə-sapa düzən, Özbəkistan redaksiyasının əməkdaşı Səidə Burhanəddin TRT “Türkiyənin səsi” radiosunun adı çəkilən redaksiyaları adından 25 yaşlı TÜRKSOY-u hər biri öz dilində təbrik edərək səmimi arzularını bildirdilər.     

  Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Türk Dünyasının UNESCO-su hesab olunur və 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə Mədəniyyət Nazirlərinin qurucu saziş imzalaması ilə yaradılmışdır.

  Şimali Kipr Türk Rerspublikası və Rusiya Federasiyasının muxtar respublikaları olan Tatarıstan, Başqırdıstan, Altay, Saxa, Tuva, Xakasiya və Qaqauziya (Moldova) müşahidəçi statusa malik üzv dövlətlər kimi TÜRKSOY-a qoşulmuşdur. Yaradılmasından etibarən TÜRKSOY Türk xalqları arasında qardaşlıq və həmrəylik bağlarını gücləndirmək, ortaq Türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsi və dünyanı onunla tanış etmək üçün fəaliyyətlər həyata keçirmişdir.

  1993-cü ildən TÜRKSOY üzv ölkələrin dövlət başçılarının himayəsində, onların təsdiqi və təqdiri ilə fəaliyyətlərini həyata keçirir.

  TÜRKSOY fəaliyyətlərini Türk Şurası, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu ilə əlaqəli şəkildə həyata keçirir. Həmçinin TÜRKSOY eyni prinsip və məqsədləri paylaşdığı UNESCO və ISESCO ilə əməkdaşlıq edir. Bundan əlavə, TÜRKSOY bir çox bələdiyyə, universitet və qeyri-hökumət təşkilatları ilə müxtəlif əməkdaşlıq fəaliyyətləri həyata keçirir.