Yaponiya fəzaya GPS peyki göndərdi
Yaponiya Kosmos Agentliyi öz qlobal yerləşdirmə sistemləri variantının dördüncü və hələlik son peykini uğurla kosmosa göndərib.
Michibiki No.4 peykini daşıyan H2A raketi cənub-qərb Yaponiyadakı Taneqaşima Kosmos Mərkəzindən havaya uçurdulub. Səmaya qalxdıqdan 28 dəqiqə sonra peyk təxminən 273 kilometr hündürlükdən orbitə girib.