İki türk mühəndisinin cihazı ABŞ ordusu və NASA-da

  İldırım fotoşəkli çəkmə istəyiylə yola çıxan iki türk elektron mühəndisi, başda tamamilə əl istehsalı cihaz yaratdılar. Daha sonra beynəlxalq fondların dəstəyilə istehsal etdikləri fotoaparata monte edilə bilən MIOPS SMART cihazını Amerika ordusu və Amerika Kosmos və Havaçılıq Dairəsinə (NASA) satmağa nail oldular.