Polşalı nümayişçilər Rusiyanın Polşadakı səfirinə qırmızı boya atıblar

Rusiyanın Polşadakı səfiri faşizm üzərində Qələbənin 77-ci ildönümünü qeyd etmək üçün paytaxt Varşavada Sovet Hərbi Qəbiristanlığını ziyarət edərkən qırmızı boya ilə hücuma məruz qalıb. Rusiyanın Ukraynaya hücumuna etiraz edən polşalı nümayişçilər bununla da Rusiya səfiri Sergey Andreyevin qəbiristanlığa getməsinə mane olub.