İsveçdə alış-veriş mərkəzinə hücum

  İsveçin paytaxtı Stokholmda bir adam yük maşını ilə adamlarla dolu mağazaya soxulub, 3 nəfər ölüb.

  İsveçin Baş naziri Stefan Lofven yük maşınının özünü alış-veriş mərkəzinə çırpmasını əlində olan məlumatlara görə terror hücumu adlandırıb.

  Baş nazir hücumla əlaqədar bir adamın nəzarətə alındığını bildirib.

  Hücumdan sonra Stokholmda təhlükəsizlik tədbirləri artırılıb, şəhərin bütün metro stansiyaları müvəqqəti bağlanıb, xalqın şəhər mərkəzindən uzaq durması çağırışı edilib.

  Hücum edənin kimliyi barədə hələ məlumat verilməyib.