Hindistan rəsmilərinin İslam əleyhinə bəyanatları Pakistanda etirazlara səbəb olub

Pakistanda çox sayda nümayişçi Hindistanın iqtidar partiyasının Hz. Məhəmmədi təhqir edən sözlərinə qarşı ölkənin bir çox şəhərlərində etiraz aksiyaları təşkil edib. Nümayişçilər Pakistan hökumətindən Hindistan Ali Komissiyasının bağlanmasını tələb etməklə yanaşı, Hindistan məhsullarını boykot etməyə də çağırıblar.