IV Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi

   Noyabrın 22-24 tarixləri arasında Azərbaycanın paytaxtında Baku Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə “RecExpo II” – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilib.

  Sərgidə 9 ölkədən - Azərbaycan, Türkiyə, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Monteneqro, İspaniya, Portuqaliya, Böyük Britaniya və ABŞ əmlak, tikinti və investisiya şirkətlərinin 100-dən çox layihəsi təqdim olunub.

  Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılması, eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi, habelə onların özəlləşdirmə prosesinə cəlb edilməsidir.

  Sərginin iştirakçı siyahısına daşınmaz əmlakı inkişaf etdirən şirkətlər, daşınmaz əmlak satışı ilə məşğul olan firmalar, banklar, iri investorlar, səfirliklər, yerli və xarici şirkət nümayəndələri daxildir.