"Türkiyə Təqaüdləri" layihəsi - 09/2019

Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi tərəfindən 2012-ci ildən etibarən həyata keçirilən "Türkiyə Təqaüdləri" layihəsi ilə bağlı bəzi məlumatlar.

1153687
"Türkiyə Təqaüdləri" layihəsi - 09/2019

"Türkiyənin dostluq körpüləri" adlı proqramımızda üç həftədir Xaricdə yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsindən bəhs edirik.

 Bu həftədən başlayaraq Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi tərəfindən həyata keçirilən bir çox layihə arasında, şübhəsiz ki, xüsusi yer tutan və 2012-ci ildən etibarən həyata keçirilən "Türkiyə Təqaüdləri" layihəsi ilə bağlı bəzi məlumatları qısa şəkildə sizinlə bölüşəcəyik.

 "Türkiyə Təqaüdləri" proqramı tələbələrə yalnız təqaüd verməklə kifayətlənmir, eyni zamanda, onları universitetlərə yerləşdirir. Məhz bu xüsusiyyəti ilə də dünyadakı digər təqaüd proqramlarından fərqlənir.

 2018-ci ilini statistik məlumatlarına nəzər saldığımız zaman 164 ölkədən 138 min tələbənin Türkiyədə ali təhsil almaq üçün müraciət etdiyini görürük. Bu tələbələr universitet təhsillərini başa çatdıraraq, ölkələrinə qayıdanda Türkiyə və Türkiyədə ali təhsilə dair müsbət təəssüratlarını öz ölkələrinin vətəndaşları ilə bölüşürlər. Bu səbəbdən bu proqrama müraciət edənlərin sayı hər il daha da artır.

 2000-ci illərin əvvəllərindən etibarən, Türkiyənin xarici siyasətdən tutmuş mədəniyyətə, iqtisadi çiçəklənmədən tutmuş sosial siyasətlərə qədər, hər sahədə nümayiş etdirdiyi böyük irəliləyiş beynəlxalq təhsil sahəsində də əks olunub və bu sahədə mühüm addımlar atılmağa başlanıb.

 "Türkiyə Təqaüdləri" proqramında aylıq təqaüdlərdən başqa təyyarə bileti, universitet payı, tibbi sığorta, yataqxana və Türk dili kursları da təqaüd çərçivəsində təmin edilir. Bunlara əlavə olaraq, tələbələrə Türkiyədə olduqları müddətdə akademik, sosial, mədəni və idman fəaliyyət və proqramları təqdim olunur.

 



Әlaqәli Xәbәrlәr