Türkiyə mətbuatı: 31 dekabr 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi

2225515
Türkiyə mətbuatı: 31 dekabr 2024

''Star'': R.T.Ərdoğan Şeyx Əl Nəhyan ilə telefon əlaqəsi saxlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı Şeyx Əl Nəhyan ilə telefon əlaqəsi saxlayıb. Rəcəb Tayyib Ərdoğan söhbət zamanı Türkiyənin Suriyada fəaliyyət göstərən PKK/YPG terror təşkilatının bölgədəki kürdlərin təmsilçisi kimi görünməsini qəbul etməyəcəyini bildirib və DEAŞ-ın bölgədəki xaosdan faydalanmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

''Yeni Şafak'': Türkiyə enerji infrastrukturunun bərpası ilə bağlı Dəməşqə nümayəndə heyəti göndərib

Türkiyə Suriyanın enerji infrastrukturunun bərpası üçün görüləcək işlərin müəyyənləşdirilməsi və yol xəritəsinin hazırlanması üçün Dəməşqə nümayəndə heyəti göndərib.

''Vatan'': Alparslan Bayraktar: ''Şırnakda gündəlik neft hasilatı 70 min bareli keçib"

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib: "Şırnak xüsusilə enerji və neft baxımından əhəmiyyətli bir vilayətdir. Burada gündəlik neft hasilatı 70 min bareli keçib''

''Sabah'': TOGG 72,18 faiz lokallaşma səviyyəsinə çatıb

Türkiyənin yerli elektromobili TOGG 20-ci ayda Sənaye və Texnologiya Nazirliyinin dərc etdiyi yerli mal sirkulyarına uyğun olaraq 72,18 faiz lokallaşma səviyyəsinə çatdı.

''Hürriyet'': HÜRKUŞ ilk uçuşunu həyata keçirib

Türkiyə Hərbi Hava Qüvvələrinin pilot təhsil ehtiyaclarını qarşılamaq və müdafiə sənayesinin imkanlarını daha da inkişaf etdirmək üçün TAİ tərəfindən istehsal edilən HÜRKUŞ-un ilk uçuşu həyata keçirilib. 



Әlaqәli Xәbәrlәr