Türkiyə mətbuatı, 26 dekabr 2024

Türkiyə mətbuatında dərc olunan bir sıra xəbərlərin xülasəsi

2224246
Türkiyə mətbuatı, 26 dekabr 2024

 

“Hürriyet”: R.T.Ərdoğan: “Ya silahı buraxacaqlar, ya da Suriya torpaqlarına basdırılacaqlar” 

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlament qrup iclasında çıxışı zamanı bildirib: “DEAŞ və PKK başda olmaqla bütün terror təşkilatlarının başını əzməkdə qətiyyətliyik. Separatçı canilər ya silahlarını buraxacaqlar, ya da Suriya torpaqlarında silahları ilə birlikdə məhv ediləcəklər. Terror təşkilatını aradan qaldıracağıq. Onların nə planları olsa da, bizim də planlarımız var". 

“Vatan”: Kamal Memişoğlu: “Suriyaya sağlamlıq sahəsində hər cür dəstəyi verəcəyik” 

Səhiyyə naziri Kamal Memişoğlu Suriya səhiyyə naziri ilə telefon danışığına dair açıqlamasında bildirib: “Sağlıqla bağlı hər cür dəstək və yardım göstərməyə hazır olduğumuzu özlərinə çatdırdıq.” 

“Star”: Bir anda 3 pillə irəlilədik

Türkiyə beynəlxalq investisiyalar üçün cazibə mərkəzinə çevrildi. Sıfırdan həyata keçirilən investisiyalarda Türkiyə 7-ci yerdən Fransa, İngiltərə və Almaniyadan sonra 4-cü sıraya yüksəldi. 

“Yeni Şafak”: ASELSAN-dan 58,6 milyon dollarlıq müqavilə

ASELSAN Türk Dövlətləri Təşkilatına üzv olan bir ölkə ilə elektro-optik və rabitə sistemlərinin birbaşa satışı ilə bağlı ümumi dəyəri 58,6 milyon dollar (2 milyard TL) olan ixrac müqavilələri imzalayıb. 

“Haber Türk”: Türk alimlər Ay və Marsda pomidor yetişdirməyi hədəfləyir

Ege Universiteti Elm Fakültəsi Biologiya kafedrasının müəllimi dosient Rengin Özgür Uzildayın rəhbərliyi ilə aparılan layihə çərçivəsində Ay və Marsda qurulacaq insanlı kosmik koloniyalarda pomidor yetişdirilməsi hədəflənir. 



Әlaqәli Xәbәrlәr