Türkiyə mətbuatı - 24 dekabr 2024
Türkiyə mətbuatında dərc olunan bir sıra xəbərlərin xülasəsi

“Hürriyet”: R.T.Ərdoğan: “Əhməd əş-Şəra ilə yaxın dialoqdayıq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada "Suriyada yeni bir dövr başladı. Suriya böhranının ilk anından etibarən doğru tərəfdə yer aldıq. İnqilab lideri Əhməd əş-Şəra ilə yaxın dialoqdayıq" deyə bildirdi.
“Sabah”: R.T.Ərdoğan: “PKK və davamçıları üçün yolun sonu görünür”
Prezident Ərdoğan Suriyada PKK və davamçıları üçün vaxtın daraldığını və yolun sonunun göründüyünü qeyd etdi. O, "PKK və davamçıları ya ləğv ediləcək, ya da məhv ediləcək. Kimin ətəyindən yapışsalar da, onları gözləyən aqibətdən qaça bilməyəcəklər"ifadələrini işlətdi.
“Star”: İspaniya və Türkiyə HÜRJET mövzusunda razılaşdı. Yunanıstanda narahatlıq var
İspaniyanın Türkiyədən 24 ədəd HÜRJET alacağını yazan Yunanıstan mətbuatı bu razılaşmanın Türkiyənin aviasiya sektoru üçün dönüş nöqtəsi olduğunu qeyd edib. Yunanıstan Müdafiə naziri Nikos Dendiası hədəf alan mətbuat onu F-16 modernizasiya proqramında geri qalmaqda günahlandırıb.
“Yeni Şafak”: Kapıköy ixracata da açılacaq
Türkiyə ilə İran arasında turizm məqsədilə istifadə edilən Van Kapıköy Sərhəd Qapısı ticarət üçün də açılacaq. Ticarət Nazirliyi yenilənmiş və istifadə həcmi artırılmış gömrük qapısı üçün İran rəsmiləri ilə görüşmələrə başlayıb.
“Haber Türk”: Turizmin lokomotivi yola düşdü
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu turistik “Şərq Ekspresi”ni yeni mövsümün ilk səfərinə yola saldı. Uraloğlu, ekspresin ümumilikdə 60 səfər edəcəyini bildirərək “Təxminən 10 min 500 səyahət həvəskarına xidmət göstərəcəyik” dedi.