Türkiyə mətbuatı:13 dekabr 2024
Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi
''Haber Türk'': Entoni Blinken Ankarada səfərdədir
Prezident Rəcəb Tayyib Ərdoğan Esenboğa Hava Limanında ABŞ dövlət katibi Entoni Blinkenlə bir araya gəlib. Görüşdə terror təşkilatlarının Suriyadakı qeyri-sabit mühitdən faydalanmasının qarşısını almaq üçün addımların atılması ilə bağlı razılığa gəlinib.
''Sabah'': Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı Avropa İttifaqına çağırış edib
Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban ilə Prezident İqamətgahında keçirdiyi görüşdə Suriyanın yenidən qurulması və mövcud qurumların islahatı ilə bağlı Avropa Birliyi ölkələri ilə əməkdaşlığın zəruriliyini dilə gətirib.
''Star'': Türkiyə Suriyada terror təşkilatlarına imkan verməyəcək
Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyada PKK/YPG-ni qorumaq üçün DEAŞ bəhanəsinin irəli sürüldüyünə diqqət çəkib. Nazirlik bəyanatında bu ifadələrə yer verib: “Terror təşkilatlarının, xüsusilə PKK/YPG-nin Suriyadakı vəziyyətdən sui-istifadə etməsinə imkan verməyəcəyik”.
''Hürriyet'': Türkiyə diplomatiya sahəsində qabaqcıl ölkələrdəndir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Somali ilə Efiopiya arasındakı münaqişənin həllində oynadığı rolun, onun həll yolları yaradan diplomatiya anlayışının güclü təzahürü olduğunu bildirib.
''Vatan'': Antalya növbəti dəfə rekorda imza atı
Son 10 ildə Antalyaya 112 milyon 722 min turist gəlib. Bu dövr ərzində Rusiyadan Antalyaya 36 milyon, Almaniyadan 25 milyon 545 min v İngiltərədən 7 milyon 183 min turist gəlib.