Türkiyə mətbuatı: 11 dekabr 2024

Türkiyə mətbuatında dərc olunan bir sıra xəbərlərin xülasəsi

2219248
Türkiyə mətbuatı: 11 dekabr 2024

 

“Sabah”: R.T.Ərdoğan: “Suriyada terror təşkilatlarının kökü kəsiləcək” 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya xalqının onilliklərdir davam edən zülm rejimini dağıdaraq azadlığına qovuşduğunu bildirib. O, “Ölkənin digər bölgələrindəki DEAŞ və PKK/PYD kimi terror təşkilatlarının da ən qısa müddətdə kökü kəsiləcəkdir” ifadələrini işlədib.

“Vatan”: MİT-dən Kamışlıda terror təşkilatı YPG-yə zərbə 

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı PKK/YPG-nin Suriyanın Kamışlı bölgəsində Əsəd rejimindən ələ keçirdiyi raketlər, ağır silahlar və sursatla dolu 12 yük maşını, 2 tank və 2 sursat anbarını məhv edib.

“Haber Türk”: Prezident Ərdoğandan diplomatik əlaqələr 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə telefonla danışıb. Görüşlərdə Suriyadakı hadisələr müzakirə olunub.

“Hürriyet”: R.T.Ərdoğan: “Yeni Suriya rəhbərliyinə dəstək verməyə hazırıq” 

Prezident Ərdoğan Suriyada yeni rəhbərliyin ölkədəki bütün xalqları əhatə edəcək şəkildə mövqe tutmasını arzuladıqlarını və yeni rəhbərliyə ehtiyac duyduqları hər mövzuda lazımi dəstəyi verəcəklərini vurğulayıb.

“Star”: Türkiyədən sərhədlərarası neft və təbii qaz təşəbbüsü

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İraq, Liviya, Afrika, Orta Asiya, Qafqaz coğrafiyası və Cənubi Amerikada beynəlxalq tərəfdaşlıqlarla neft və təbii qaz hasilatını artırmağı hədəflədiklərini açıqlayıb.



Әlaqәli Xәbәrlәr